Ümumi vəzifə öhdəlikləri:
• Azərbaycan Respublikası Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
• İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin uçotunu aparmaq;
• Əmək kitabçalarında müvafiq qeydlər aparmaq;
• İllik məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
• İR strategiyası və planının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
• Əmr, sərəncam, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunun aparılması;
• İR üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
• Əmək münasibətləri zamanı yaranan münaqişələri və mübahisələrin tənzimlənməsi işində iştirak etmək.
Namizədə qarşı tələblər:
• Ali təhsil (İnsan Resurslarının idarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
• İnsan resurslarının idarə edilməsi sahəsində ən azı 1 il iş təcrübəsi;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
• Elektron Hökümət Portalları ilə işləmə bacarığı;
• MS Office proqramları üzrə biliklər;
• Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
• Analitik təhliletmə qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• Operativlik, dəqiqlik və səliqəlilik;
• Ünsiyyət qurmaq və yüksək icraçılıq bacarığı.
Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 8 oktyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Əmək münasibətlərinin tənzimlənməsi şöbəsinin mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.