Vəzifə funksiyaları:
• İdxal, ixrac, alqı-satqı, podrat və s. müqavilələrin, onlara əlavələrin, aktların, protokolların, arayışların, məktubların və s. hüquqi sənədlərin tərtibi və hüquqi ekspertizası;
• Müəssisədaxili korporativ idarəetmə məsələlərində zəruri hüquqi dəstəyin göstərilməsi;
• Hüquqi rəylərin verilməsi;
• Hüquqi sorğuların cavablarının hazırlanmasında iştirak;
• Müəssisənin struktur bölmələrində mövcud olan hüquqi problemlərin araşdırılması və işçilərin təlimatlandırılması prosesində iştirak;
• Müəssisənin məhkəmədə təmsil edilməsi, bu məqsədlə iddia ərizələrinin, məktubların və digər hüquqi sənədlərin hazırlanması;
• Vəzifəsinə uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
• Ali təhsil (Hüquq);
• Hüquq sahəsində ən azı 4 il iş təcrübəsi;
• Əla səviyyədə Azərbaycan və Rus dili biliyi, yaxşı səviyyədə İngilis dili biliyi;
• Azərbaycan Respublikası mülki, əmək, inzibati, mülki-prosessual qanunvericiliyi üzrə biliklər;
• MS Office (Word, Excel) proqramında sərbəst işləmək bacarığı;
• Analitik təhlil etmə qabiliyyəti;
• Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.
Səriştələr:
• Məsuliyyətli
• Şəxsi inkişafa meylli
• Pozitiv
• Nailiyyət yönümlülük
• Etibarlılıq
• Dürüstlük
Əlavə məlumat:
• Əmək haqqı: razılaşma əsasında;
• İş qrafiki: Beş günlük iş həftəsi
• İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi 76-cı məhəllə
• Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
Ən son yenilənmiş CV-nizi “Hüquqşünas” mövzusu ilə [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.