Kimlər müraciət edə bilər?
• 18-29 yaş aralığında gənclər
Hansı özəlliklərə malik olmalıdır?
• Ali təhsil
• Əla səviyyədə azərbaycan dili və rus dili
• Səlis və aydın nitq qabiliyyəti
• Müştəriyönümlülük və təqdimetmə bacarığı
• İnandırmaq bacarığı
• Təşəbbüskarlıq, dəqiqlik, operativlik və məsuliyyətlilik
• Satış sahəsi üzrə peşəkar karyera qurmaq istəyi və satış bacarıqlarının olması önəmlidir
Satışın inkişafı üzrə satış məsləhətçisi nə iş görür?
• Ferrum Kapital QSC-nin Bakı şəhərində yerləşən satış nöqtələrinə yaxınlaşan müştərilərə faktorinq xidmətləri barədə məlumat verilməsi
• Potensial müştərilərə faktorinq xidmətləri barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması
• Faktorinq məhsulları əldə etmək istəyən müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və yönləndirilməsi
• Müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi
• Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması.
Əlavə məlumat:
• Bazar ertəsi – Cümə: 09:30 – 18:30
• Şənbə: 10:00 – 14:00
• Əmək haqqı: 300-500 AZN + bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Satışın inkişafı üzrə satış məsləhətçisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. Növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.