Korporativ satış meneceri (B2B Menecer)

İşin təsviri

Tələblər:

• Korporativ satış üzrə minimum 5 il, qida sahəsi üzrə minimum 3il iş təcrubəsi;
• Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərini bilməsi üstünlükdür
• MS Office proqramlarını bilmək
• Şəxsi avtomobilin olması üstünlükdür
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq
• Biznes danışıqları aparmaq və təqdimat bacarığı.

Vəzifələr:

• Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
• Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin və təqdimatların təşkili;
• İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
• Müştəri görüşlərinin nəticələrinin izlənilməsi;
• Təklifin hazırlanması, izlənilməsi və müştəri ilə razılaşdırılması;
• Təklif əsasında müqavilə və digər zəruri sənədlərin hazırlanması.

İş şəraiti:

• 6 günlük iş rejimi həftənin 5 günü 10:00-18:00, Şənbə günü 10:00-14:00
• Əmək haqqı : Fix əmək haqqı + Satışdan faiz.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Korporativ satış meneceri” qeyd edərək [email protected] ünvanına göndərməkləri xahiş olunur.

site.company_rating

Domino’s Pizza Azerbaijan tərəfindən digər vakansiyalar