Satınalma üzrə mütəxəssis

  • Kristal Abşeron
  • Elanın qoyulma tarixi: 07.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

– Ali təhsil;
– Təchizat sahəsində (tikinti sahəsi üzrə) 2 il iş təcrübəsi,
– Sənədləşdirmə və yazışma işlərini bacarmalı,
– Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları,1 C),
– Güclü ünsiyyət və danışıq qabiliyyəti,
– Azərbaycan dilini və Rus dilini mükəmməl bilməli;
– Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

– Tikinti və təsərrüfat sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
– Yaradılmış sifariş formalarının analizi;
– Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
– Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması;
– Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.

İş şəraiti:

- 6 günlük iş qrafiki;
- İş yeri: Xırdalan şəhəri
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satınalma üzrə mütəxəssis” üzrə yazmaqla ''[email protected]'' elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

site.company_rating