Sürücü

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

• Ona həvalə olunmuş nəqliyyat vasitəsi ilə rəhbərliyə xidmət göstərmək;
• Departament rəhbərliyinin tapşırığı ilə tələb olunan yerlərə getmək və əməkdaşları aparmaq;
• Həvalə olunmuş nəqliyyat vasitəsinin qorunmasını və yararlı vəziyyətdə saxlanılmasını təmin etmək ;
• Təhlükəsizlik qaydalarına riayət etmək;
• Rəhbərliyin avtomobilin sürülməsi ilə bağlı ona həvalə etmiş olduğu vəzifələri həyata keçirmək.

Namizədə qarşı tələblər:

• Avtomobil idarə edilməsi üzrə ən azı 3 il təcrübə;
• Yol hərəkəti qaydalarını bilməli;
• “B” kateqoriyalı sürücülük vəsiqəsi olmalı (“BC” kateqoriyalı vəsiqənin olması arzuolunandır);
• Səbrli və təmkinli olmalı;
• İntizamlı və məsuliyyətli olmalı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 06 sentyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Sürücü qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

site.company_rating