Kimlər müraciət edə bilər?
• 21-29 yaş aralığında gənclər
Hansı özəlliklərə malik olmalıdır?
• Ali təhsil
• Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür)
• Səlis və aydın nitq qabiliyyəti
• Müştəri yönümlülük, təqdimetmə bacarığı
• Yüksək ünsiyyətqurma, satış və inandırma bacarığı
Faktorinq xidmətlərinin satışı üzrə kiçik mütəxəssis nə iş görür?
• Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
• Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
• Məhsul və xidmətlər haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərilməsi
Əlavə məlumat:
• Bazar ertəsi – Cümə: 09:00 – 18:00
• Şənbə: 10:00 – 14:00
• Əmək haqqı: 300 AZN + Bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Faktorinq xidmətlərinin satışı üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.