Müştəri münasibətləri üzrə mütəxəssis

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 16.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

• Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinin təmin edilməsi
• Hadisə barədə məlumatı birbaşa və ya dolayısı yolla əldə etdikdən dərhal sonra hadisənin tənzimlənməsi prosesinin həyata keçirilməsi
• Sığorta hadisələri üzrə ilkin sənədləşmənin və uçotun aparılması
• Polis və digər orqanlara baş vermiş hadisə üzrə materialların toplanılması üçün sorğuların göndərilməsi və həmin sənədlərin toplanılması prosesinin həyata keçirilməsi
• İcraatda olan sənədlərin bütövlüyünün və saxlanmasının təmin edilməsi
• Qeydiyyata alınmış işlərin araşdırılması və mümkün sığorta dələduzluğu faktlarının ortaya çıxarılması prosesinin həyata keçirilməsi və proses boyu birbaşa müdirə məruzə edilməsi
• Polis və digər dövlət orqanları ilə effektiv danışıqların və kommunikasiyaların qurulması
• İddiaların tənzimlənməsi prosesində sığortalılar ilə görüşlərin təşkil edilməsi, onları maraqlandıran sualların cavablandırılması və digər məlumatların verilməsi (həmçinin departamentin digər əməkdaşlarını cəlb edərək)
• Öhdəliklərin icrası zamanı aşkarlanmış lazımi məlumatların Departamentin digər əməkdaşlarına ötürülməsi

BİLİKLƏR:

• Ali təhsil – Hüquq istiqaməti üzrə təhsil arzu olunandır
• Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı
• Dil bilikləri: Azərbaycan və Rus dillərində yüksək səviyyədə biliklərin olması. İngilis dili bilikləri arzuolunandır

TƏCRÜBƏ:

• Biznes sahəsində minimum 2 il iş təcrübəsi, müştərilər ilə iş üzrə minimum 1 il iş təcrübəsi

BACARIQLAR:

• Təqdimat bacarıqları
• Komandada işləmək bacarığı
• Yaxşı ünsiyyət bacarığı
• Stressə davamlılıq
• Təşəbbüskarlıq
• Məqsədyönlülük
• Emosional stabillik və məsuliyyətli olmaq

Son müraciət tarixi: 31 Avqust 2021

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

site.company_rating