Tələblər
∙ Ali təhsil;
∙ Tibbi preparatlar üzrə biliklər mütləqdir;
∙ Satınalma üzrə 2-3 il iş təcrübəsi;
∙ Microsoft Office proqramlarından və 1C proqramından sərbəst istifadə bacarığı;
∙ Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq qabiliyyəti;
Vəzifə öhdəlikləri
∙ Yerli təchizatçılarla satınalma prossesinin vaxtında, müəyyən olunmuş prosedur-qaydalara uyğun şəkildə icra edilməsi;
∙ Məhsulun uyğun qiymətə, tələb olunan keyfiyyətdə və həcmdə vaxtda satınalınmasının təmin edilməsi;
∙ Sifarişlərin təşkili və idarə edilməsi;
∙ Satınalma strategiyasının hazırlanması, satınalma pressesinin ən əlverişli və peşəkar şərtlərlə həyata keçirilməsi;
∙ Potensial təchizatçıların müqayisəli şəkildə araşdırılması;
∙ Bazarın təhlili, tələb olunan məhsulların daxili bazarda araşdırmasının aparılması;
∙ Anbar qalığına, qalığının istifadə müddətinə nəzarət edilməsi;
∙ Alınan çeşidlər üzrə sənədlərin yoxlanılması;
∙ Təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
∙ Yeni təchizatçılarla işgüzar münasibətlərin təmin edilməsi və inkişaf etdirilməsi;
∙ Müqavilələrin hazırlanması, müqavilə şərtlərinin müəyyən olunması və nəzarətdə saxlanılması;
∙ Ödəniş hesabatlarının hazırlanması, ödənişlərə nəzarət edilməsi;
∙ Ümumi xərclərə nəzarət edilməsi və aidiyyatı şəxslərə hesabat verilməsi;
İş şəraiti:
∙ İş yeri: BEGOC Biznes Mərkəzi
∙ 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
∙ Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
∙ Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir ;
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.