Sizi texnologiyanın Kralında yeni bir başlanğıc etməyə dəvət edirik.
• Teknoloji alış-verişlərinin axtarılan üzüsənsə,
• Hər yeni çıxan məhsuldan ilk sən məlumatlısansa
• Pərakəndəlik və texnologiya sektorunda kariyeranı hədəfləmisənsə,
• “Müştərilərin istəyini bir gəlişindən, gözündən anlayıram” deyirsənsə
• Geniş mehriban bir ailənin ən yeni üzvü olmaq istəyirsənsə sənin üçün ən uyğun, ən doğru yer buradır
Əgər bu şərtləri görüb bizimlə çalışmaq fikrinə düşsən öz məlumatlarını bizimlə bölüş ki, yeni olacaq üzvümüzü yaxından tanıyaq.
Uğur yolunda zirvəyə nail olmanın sevincini səninlə birlikdə yaşayaq dəyərli müraciətçi.
Tələbimiz:
• Yerli və xarici şirkətlər (markalar) ilə danışıqlar aparmaq,
• Kateqoriya menecerinin tələbinə əsasən Markalarla danışıqlar aparıb satınalma prosesini icra etmək,
• Tədarükçüləri dəyərləndirmək, danışıqların icrasından məsuliyyət daşımaq,
• Tədarükçülərlə Marja və Ticarət siyasətimizə uyğun danışıqları aparıb müqayisələr etmək,
• Qiymət, xərc və marja siysatinə uyğun analizlər edib dəyərləndirmək,
• Sifariş tələb formu, izləmə mexanizmini hazırlamaq,
• Satınalma prosesini şirkətin prosedur və hədəfinə (marja və ticarət siyasətinə) uyğun icra etmək,
• Tədarükçülərlə müqavilə imzalayıb satınalmanı icra etmək,
Əgər məlumatlarını bizimlə bölüşmək istəsən özün haqqında məlumatları “Ubrands Satınalma Danışmanı” başlığı altında [email protected] mail ünvanı ilə bizə təqdim et.