Daxili Nəzarət Sistemi üzrə məsul şəxs

  • Qala Sigorta
  • Elanın qoyulma tarixi: 07.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə əsas məqsədlərin müəyyənləşdirilməsi, daxili Siyasətin hazırlanması;
2. Müştərinin və benefisiarın eyniləşdirilməsi və verifikasiyası üzrə Daxili Qaydaların yaradılması və tətbiqi;
3. Şübhəli və qeyri-adi əməliyyatların aşkarlanması meyarları üzrə Daxili Qaydaların yaradılması;
4. Məlumatların sənədləşdirilməsi və məxfiliyin təmin edilməsi üzrə Daxili Qaydaların yaradılması və tətbiqi;
5. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə təlim Proqramının hazırlanması;
6. Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində, barəsində sanksiya tətbiq edilməli olan şəxslərin ümumi siyahısı üzrə yoxlamanın avtomatlaşdırılmış qaydada aparılmasının təşkili;
7. Şirkətdə müştərilərin sənədlərinə çıxışların tənzimlənməsi
8. Yüksək riskli müştərilərin qəbul prosesində seleksiya qaydalarının əks etdirilməsi, “müştərini tanı” prinsipi üzrə icra mexanimzlərinin tətbiqi
9. Şübhəli və qeyri-adi müştəri əməliyyatları ilə bağlı təhlil hesabatların hazırlanması və Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi.

Tələblər:

- Azərbaycan və Rus dili bilikləri;
- İngilis dili biliyi üstünlükdür;
- MS Office kompüter proqramları üzrə bacarıqlar;
- Komandada işləmək bacarığı;
- Öyrənmək və inkişaf etmək həvəsi;

İş şəraiti:

- Həftədə 5 iş günü
- Əmək haqqı razılaşma yolu ilə.
- Müqavilə: Əmək müqaviləsi
- Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, məhəllə 221/14

CV-lərinizi (foto mütləqdir) mövzu xanasında “Məsul şəxs” qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Yalnız tələblərə uyğun gələn və mövzu hissəsində vəzifənin adını düzgün qeyd etmiş namizədlərlə əlaqə saxlanılacaq.

site.company_rating