Vəzifə öhdəlikləri:
- Müştəri bazasını yaratmaq;
- Məhsulları müştərilərə təqdim etmək və satmaq;
- Sifarişlər haqqında məlumat vermək , məhsullar barədə sualları cavablandırmaq, hər zaman ən yaxşı müştəri xidməti bacarıqlarını nümayiş etdirməklə güclü, müsbət müştəri münasibətlərini yaratmaq və inkişaf etdirmək;
- Şirkətin satış standartlarını qorumaq və riayət etmək;
- Şirkətin prosedurlarına uyğun tərtib edilmiş və yazılmış məktublar, e-poçtalar və ya qeydlər şəklində zəruri hallarda satış işçilərinə müxtəlif yazılı ünsiyyət və yazışmanı təmin etmək;
- Artan satış və müştəri bazasını təmin edən əlaqələri yaratmaq üçün müştərilərlə daim əlaqə saxlamaq;
Namizədə dair tələblər:
- Ali təhsil ( satış biznesin inkişafı və vakansiyaya uyğun hər hansı bir bakalavr dərəcəsi )
- Satış sahəsində təcrübə mütləq , yağ satışı üzrə olması arzu olunandır
- Azərbaycan dilində səlis nitq qabiliyyəti, ingilis və rus dilləri arzu olunandır
- Aktiv, dürüst, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyət qurma bacarığı
- Komanda ilə işləmə bacarığı
- Ezamiyyətə göndərilə bilər
- Sürücülük vəsiqəsi arzu olunandır ( B-BC)
İş şərtləri:
- 6 günlük iş həftəsi
- Ünvan: Binəqədi şossesi, Mədən küçəsi 4
- Ə/h: 300-400 AZN (+bonus)
Maraqlanan namizədlər mövzu yerində “Satış asistenti ” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervyuya dəvət olunacaqlar.