Korporativ kreditlərin təhlili üzrə mütəxəssis/aparıcı mütəxəssis

İşin təsviri

Görəcəyiniz işlər:

- Korporativ müştərilərin maliyyə hesabatlarının təhlil olunması;
- Korporativ müştərilərin biznes fəaliyyətlərinin təhlil olunması;
- Təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün müştərilərlə görüşlərin keçirilməsi;
- Korporativ müştərilərin kredit sifarişlərinin təhlil olunaraq Kredit Komitəsinə təqdim olunması.

Bizim üçün uyğun namizəd:

- Ali təhsilli (Maliyyə, mühasibatlıq və iqtisadi sahədə);
- Maliyyə təhlili, korporativ kreditlərin təhlili sahəsində 1-3 il iş təcrübəsi olan;
- CFA, FRM, ACCA üzrə biliklərə sahib olan;
- Azərbaycan və ingilis dilləri mükəmməl, rus dili biliyi orta səviyyədə olan;
- MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə qabiliyyəti olan;
- Analitik bacarıqlar, komandada işləmək, vaxtın idarəedilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Korporativ kreditlərin təhlili üzrə mütəxəssis/aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.