Öhdəliklər
• Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana, zaminə və girov qoyana zəng edilməsi;
• Gecikməyə düşmüş kreditlərlə bağlı borcalan, zamin və girov qoyanla Bankda və ya onların ünvanlarında görüşlərin keçirilməsi;
• Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana, zaminə və girov qoyana rəsmi bildirişlərin göndərilməsi;
• Müştərilərlə qarşılıqlı razılıq əsasında məhkəmədən kənar qaydada girov(lar)a tutma yönəldilməsi ilə bağlı tədbirlər görülməsi;
• Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görülməsi;
• Borcalanın cari tarixə maliyyə vəziyyətinin qiymətləndirilməsi;
• Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiya cəlb edilməsi və s.
Tələblər
• Ali təhsil (Maliyyə və Hüquq ixtisaslarına üstünlük verilir);
• Biznes kreditlərinin təqibi üzrə ən azı 1 il iş təcrübəsi;
• Danışıq qabiliyyətinin yüksək olması;
• Komputerdə işləmək bacarığı;
• Problemli borcalanlar ilə əlaqə yaratmaq bacarığı;
• Dəqiqlik;
• Təmkinlilik.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.