Tələblər:
• Ali təhsil (iqtisadi, maliyyə, marketinq və oxşar fakultə);
• Elektronika, İT mobile kateqoriyalarına məxsus məhsulları yaxşı bilməli,
• 1C proqramında işləmə bacarığı
• Microsoft Office proqramlarının yüksək səviyyədə biliyi,
• Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili, (İngilis və Rus dillərində İşgüzar yazışma təcrübəsi mütləqdir);
• Müxtəlif maliyyə hesabatlarını (mədaxil, məxaric, sayım) hazırlamasında təcrübəyə malik olmalı,
• Aktiv, zəhmətkeş, iş saatlarından artıq işləməyə həvəsli,
• Biznes danışıqları aparmaq bacarığı;
• Elektronika satışı sahəsində azı 5 il iş təcrübəsi;
• B2B və topdan satış seqmentində iş xüsusiyyətlərinin praktiki biliyi;
Əsas vəzifələr:
• Bazar və istehlakçı ehtiyaclarını müəyyən etmək üçün məlumatları təhlil etmək,
• Məhsul kateqoriyaları üçün uzunmüddətli inkişaf strategiyaları hazırlamaq,
• Daha üstün qiymət və xidmət keyfiyyətinə nail olmaq üçün tədarükçülərlə etibarlı münasibət qurmaq,
• Hər mağaza üçün çeşidlərin idarə olunması və məhsul matriksinin inkişafını təmin etmək,
• Rəqabətli qiymət və promo aksiyaları müəyyən etmək məqsədilə marketinq komandası ilə çalışmaq,
• Aylıq, kvartal və illik satışın planlaşdırmaq.
İş şəraiti:
• Tam iş günü, iş qrafiki I-V günlər, şənbə və bazar günü istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər:
https://jobs.talhunt.az/optimal/539-brendlerin+idare+olunmasi+departamentinin+direktoru