Marketinq şöbəsinə Müdir

  • Company
  • Elanın qoyulma tarixi: 16.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Görəcəyiniz işlər:

• Marketinq üzrə məlumatları tədqiq etmək:
• Bazarın imkanlarını araşdırmaq və onların nəticələrini təhlil etmək;
• Təşkilatın marketinq konsepsiyasını daim təhlil etmək və dəyişən bazar mühitinə uygunluğunu yoxlamaq;
• Təşkilatın dövri marketinq məqsədlərini müəyyən etmək, marketinq planlarını tərtib etmək, eləcə də müvafiq siyasət və prosedurlarını müəyyənləşdirmək, təhlil etmək;
• Hazırlanmış marketinq planına əsasən marketinq fəaliyyətləri ilə əlaqədar tələbləri müəyyən etmək;
• Müvafiq məlumatlar ilə əlaqədar marketinq sahəsində keçmiş fəaliyyətləri araşdırmaq;
• Təklif olunan məhsul və xidmətə uyğun olaraq bazar seqmentinin xüsusiyyətini və bu xususiyyətlərin dəyişmə meyllərini müəyyən etmək;
• Hər bir hədəf seqmentinin mövqeyi və bazar göstəricilərini nəzaratdə saxlamaq
• Mövcud büdcə əsasında marketinq sahəsində fəaliyyətlərdən gözlənilən nəticələri müəyyən etmək. Strateji istiqamətləri müəyyən etmək:
• Verilmiş büdcə və biznes planın məqsədləri, müştərilərin təlabatları, şirkətin bazardakı mövqeyi, onun məqsədləri, imkanları və ehtiyatlarına uyğun olaraq marketinq üzrə istiqamətləri qiymətləndirmək;
• Yaranma məqsədləri, bazarın xüsusiyyətləri haqqında məlumat, eləcə də dəyər və qiymət artımı amillərı əsasında marketinq strategiyasını müəyyən etmək, hazırlamaq və qiymətləndirmək;
• Satış və gəliri artırmaq, xərcləri optimallaşdırmaq məqsədi ilə onları prioritetləşdirmək.

Bizim üçün uyğun namizəd:

• Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə arzuolunandır)
• Müvafiq sahə üzrə 5 il iş təcrübəsi
• Təqdimat bacarıqları
• Marketinq kommunikasıya kanalları ilə işləmə bacarığı
• Marketinq plan və büdcə hazırlama bacarığı
• Dil bilikləri: Azərbaycan və Rus dili mükəmməl bilməli, İngilis dili arzuolunandı
• Əla yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmalı
• Bazarın öyrənilmə xüsusiyyətlərini bilməli
• Kompyuter bacarıqları: Ofis programlarında proqramlarında peşəkar səviyyədə işləməyi bacarmalı
• Analitik düşünmə və problem həll etmə qabiliyyəti
• Təzyiq altında işləmək bacarığı
• İnandırma bacarığı

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Marketinq şöbəsinin müdiri” şəklində göstərilməsi xahiş edilir. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.