VƏZİFƏ ÖHDƏLİIKLƏRİ:
• Bazar analizi
o Reklam və Poliqrafiya məhsulları/həlləri bazarının araşdırılması,
o Reklam və Poliqrafiya məhsulları/həlləri bazar tələbatının öyrənilməsi və müştərilərin aşkarlanması,
o Rəqiblərin analizi və portfellərində olan müştərilərinin araşdırılması,
• Satışın həyata keçirilməsi
o Target list (Hədəf siyahısının) hazırlanması,
o Müştərilərin cəlbi üçün aksiyaların hazırlanması və keçirilməsi,
o Potensial müştərilərlə gündəlik görüşlər, ziyarətlər,
o Potensial müştərilərə təkliflərin göndərilməsi,
o Çeşidə daxil olan satışın təşkili,
NAMIZƏDƏ DAIR TƏLƏBLƏR:
Təcrübə və Texniki bacarıqlar:
• Ali təhsil üstünlükdür,
• Azərbaycan dili önəmlidir (Rus dili üstünlükdür),
• Ofis proqramlarında iş bacarığı (Excel, PP əsasən),
• İnternetdə axtarış qabiliyyəti,
Emosional bacarıqlar və vərdişlər:
• Kitab oxuma hobbisi olsa – üstünlükdür,
• Yeni tanışlıq qurma qabiliyyəti yüksək olmalıdır,
• Ekstravert olmalıdır, ünsiyyəti sevməlidir,
• Telefon, email və ya görüş əsnasında fikirlərini sərbəst ifadə etməyi bacarmalıdır,
• Komandada iş qabiliyyəti önəmli amildir.
İŞ ŞƏRTLƏRİ:
• Əmək haqqı start 500AZN (Adaptasiya müddəti ərzində) tam rəsmi. Təcrübəli namizədlərə fərqli təklif ola bilər.
• Adaptasiya müddəti ödənişlidir (2 ay).
• Əmək haqqı sonrakı müddətdə sabit 500AZN və ya bonus sistemi.
• İş yeri: Bakı ş. mərkəzi – şirkətin ofisində.
• İş/Fəaliyyət istiqaməti – Reklam və Poliqrafiya məhsulları/həlləri
• İş vaxtı 9.00 – 18.00, şənbə günü 10.00 – 16.00.
• İlkin təlim tam olaraq həyata keçiriləcək.
CV göndərmək üçün email: [email protected]
QEYD – yalnız PDF formatında olan CV-lərə baxılacaq.
Ofis ünvanı – Lermontov küçəsi 3, Nazirlər Kabinetinin qarşısı
(Dağüstü Park girişi ilə Nazirlər Kabineti Parkı arasında yerləşən ərazi).