İş şəraiti:
- Mağazalar Mall-larda,şəhər mərkəzində və ətrafında yerləşir (Mothercare,Okaidi,ELC,Etam,United Sport)
- İş vaxtı həftədə 6 gün, bir gün istirahət. Bu istirahət cümə,şənbə və bazar günlərinə düşmür.
- Növbəli qrafiklə iş: 10:00-19:00 və 12:00-21:00 və ya 10:00-19:00 və 13:00-22:00 (bu qrafik Mall-lardakı mağazalar üçün keçərlidir).
- Həftədə 5 gün növbəli qrafik,1 gün isə Full günlük iş rejimi (mağaza açılandan bağlanana qədər).
- İş günü boyunca 1 saatlıq nahar vaxtı verilir, bunun 30 dəqiqəsi yemək, gündə 2 dəfə 15 dəqiqə olmaqla çay və ya kofe üçün nəzərdə tutulub. Yalnız Mall-da yerləşən mağazalarda əlavə olaraq 50 AZN nahar pulu verilir.
- Əmək müqaviləsi 2 aylıq bağlanılır, müqavilə müddəti işçinin fəaliyyətindən asılı olaraq uzadılır. Əmək müqaviləsi bağlandıqdan sonrakı növbəti 2 həftə sınaq müddəti sayılır. İşçi bu 2 həftənin ilk həftəsi ödənişsiz təlimlərdə iştirak edir. 2-ci həftə isə aktiv olaraq işə başlayır və elə həmin həftədən etibarən maaş hesablanır.
- Əmək müqaviləsinə əlavə olaraq Xəzinədarlar Maddi Məsuliyyət müqaviləsi imzalayaraq maddi məsul şəxs olurlar.
- Maaş ayda 1 dəfə hər ayın sonunda verilir.
- Əmək haqqı 400 AZN, 1 il sonra artırılaraq 450 AZN təşkil edir. Hal-hazırda bonus (%) sistemi tətbiq olunmur.
- İşçi hədəfləri yerinə yetirərək nümunəvi olduğu halda vəzifə artımı gözləniləndir.
Vəzifələr:
- Mağaza daxili yüksək xidməti təmin etmək, qəbzlərin yoxlanılması, pul və xəzinə aparatı ilə işləmək
- Məsuliyyət və öhdəliklərin götürülməsi
- Xəzinə, pul maşını və digər maddi aktivlərin təhlükəsizliyini təmin etmək
- Mağazaya gələn zənglərə cavab vermək, müştərini maraqlandıran mal haqqında hər bir məlumat verməli,xidmətlərdən razı olub olmamasını, onların şikayətlərini və tövsiyələrini nəzərə almaq və mövcüd formalarda onları əks etdirmək
E-mail: [email protected]