Brend menecer

  • Libraff
  • Elanın qoyulma tarixi: 06.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

- Brendin inkişaf etdirilməsi istiqamətində strategiya hazırlamaq;
- Satışları artırmaq məqsədi ilə həyata keçirilən layihələri dəstəkləmək və təkliflər irəli sürmək;
- Şirkətin strategiyasına uyğun mağazalarda yeni standartlar və qaydalar qurmaq;
- Mağazalarda çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, qiymətləndirmək; gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək;
- İşçilər haqqında obyektiv rəy vermək;
- Satış analizlərini aparmaq: satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək;
- Bazar təhlilini aparmaq;
- Məhsulların qiymət siyasətini inkişaf etdirmək;
- Məhsulun bazarda mövqeyini izləmək, şirkətin imicinin tədqiqatını aparmaq;
- Aylıq satış planının mağazalar tərəfindən yerinə yetirilməsinə dəstək olmaq;
- Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbirlər görmək;
- Müştəri şikayətləri əsasında araşdırmalar aparmaq və s.

Tələb olunan bilik və təcrübə:

- Ali təhsil, menecment və ya marketinq istiqamətli təhsilin olması üstünlükdür
- Mağaza idarəçiliyi sahəsində iş təcrübəsi;
- Müştərilərlə davranış qaydaları və satış texnikaları üzrə biliklər;
- Kitab və müəlliflər, yeni trendlər haqqında məlumatlı olmaq;
- Azərbaycan dilini səlis, yaxşı səviyyədə rus və ingilis dili biliyi;
- Yaxşı səviyyədə Microsoft Office proqramları biliyi.

Tələb olunan bacarıqlar:

- Liderlik
- İdarəetmə
- Ünsiyyət qurma və kommunikasiya
- Təşkilatçılıq
- Satış bacarıqları

İş haqqında məlumat:

- İş vaxtının böyük hissəsi mağazalarda olacaq
- İş qrafiki – sürüşkən, həftəlik 40 saat
- Əmək haqqı 800-1000 AZN, sınaq müddətindən sonra satışdan bonusların verilməsi nəzərdə tutulur.

Vakansiya ilə maraqlanan namizədlərdən müraciətləri [email protected] email ünvanına göndərilməsi xahiş olunur.

QEYD: mövzu yerində vakansiyanın adı qeyd olunmayan müraciətlərə baxılmayacaq.

site.company_rating