İnstitusional islahatların idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi

İşin təsviri

Tələb olunan təhsil istiqaməti/ixtisası: İdarəetmə, Layihələrin idarə olunması
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 2 il
Tələb olunan kompüter bilikləri: MS Office - yaxşı.

Tələb olunan xarici dil bilikləri:

- İngilis dili – sərbəst;
- Rus dili – yaxşı.

Vəzifə üzrə tələb olunan biliklər : Layihələrin idarə olunması prosesləri üzrə biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

Ümumi fərdi keyfiyyət meyarları:
- Motivasiya;
- Komanda işi;
- Nəticəyönümlülük;
- Etibar yaratma;
- Məsuliyyətlilik.

Funksional fərdi keyfiyyət meyarları:
- Keyfiyyət yönümlülük;
- Analitik düşüncə;
- Diqqətlilik.

Digər tələb və üstünlük göstəriciləri: İdarəetmə, layihələrin idarə olunması sahələri üzrə təhsil almış namizədlərə üstünlük verilir;
Magistr dərəcəsi və PMP arzuolunandır.

Vəzifə öhdəlikləri:

- Layihələrin yerinə yetirilməsi məqsədilə zəruri məlumatların toplanması;
- Layihələr üzrə məlumatların təhlil edilməsi və aidiyyəti üzrə təqdim edilməsi;
- Layihə üzrə aparılan işlərin şirkətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
- Layihə üzrə aparılan işlərin müəyyən olunmuş norma və standartlara, layihə planına və büdcəsinə uyğunluğunun təmin edilməsi;
- Layihə üzrə zəruri sənədləşdirmə işlərinin təşkil edilməsi;
- Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi;
- Verilənlərin təhlil edilməsi və aidiyyəti üzrə təqdim edilməsi;
- Cəmiyyətdə, habelə digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Cəmiyyətin təmsil edilməsi və onların işində iştirak edilməsi;
- Təqdimatların hazırlanması.

Son müraciət tarixi: 15.06.2021

Müraciət üçün link: https://career.ady.az/Vacancy/Get/1339#vp