Tələb olunan xarici dil bilikləri:
- İngilis dili – orta;
- Rus dili – orta.
Vəzifə üzrə tələb olunan biliklər :
- Azərbaycan Respublikası və xarici ölkələrdə risklərin idarə edilməsi üzrə qabaqcıl təcrübəyə dair biliklər;
- Maliyyə risklərinin idarə edilməsinə dair biliklər;
- İqtisadiyyat və maliyyə sahəsi üzrə biliklər;
- Azərbaycan Respublikasının normativ hüquqi bazasına dair biliklər.
Tələb olunan fərdi keyfiyyət göstəriciləri:
Ümumi fərdi keyfiyyət meyarları:
- Motivasiya;
- Komanda işi;
- Nəticəyönümlülük;
- Etibar yaratma;
- Məsuliyyətlilik.
Funksional fərdi keyfiyyət meyarları:
- Keyfiyyət yönümlülük;
- Analitik düşüncə;
- Diqqətlilik.
Digər tələb və üstünlük göstəriciləri:
- Risklərin idarə edilməsi sahəsi üzrə beynəlxalq sertifikatlar arzuolunandır (C31000, FRM);
- Son iki işlədiyi qurum rəhbərindən tövsiyə məktubu arzuolunandır;
- Magistr dərəcəsi arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Maliyyə risklərinin müəyyən edilməsi (o cümlədən, investisiya, kredit, inflyasiya, valyuta, faiz, qiymət, likvidlik riskləri və s.) və onların idarə edilməsi üzrə nəzarət mexanizmlərinin yaradılması üçün təkliflərin verilməsi;
- İqtisadiyyatda və nəqliyyat sektorunda baş verə biləcək potensial dəyişikliklərin araşdırılması;
- Səlahiyyətli orqan tərəfindən müəyyən olunmuş xüsusi istiqamətlər üzrə alət və modellərin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
- Risk siyasəti çərçivəsində maliyyə alətləri üzrə risk limitlərinin müəyyənləşdirilməsi, limit pozuntuları olduqda qabaqlayıcı tədbirlərin həyata keçirilməsi;
- Maliyyə risklərinin monitorinq edilməsi və hesabatların hazırlanması;
- Maliyyə risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi;
- Risklərin idarə edilməsinin informasiya axını sisteminin qurulması;
- Risklərin idarə edilməsi sisteminin avtomatlaşdırılması ilə əlaqədar təkliflərin hazırlanması.
Son müraciət tarixi: 06.06.2021
Müraciət üçün link: https://career.ady.az/Vacancy/Get/1328#vp