Namizədə dair əsas tələblər:
- Ali təhsilli olmalı;
- Azərbaycan dilini mükəmməl bilməli, ingilis və rus dilləri arzuolunandır;
- İdarəçilik sahəsində ən azı 1 il iş stajı olmalı;
- Təşkilatçılıq, problemi həll etmə bacarığı olmalı;
- Peşəkar idarəetmə və qərar qəbul etmə bacarığı olmalı;
- MS Office proqramlarını yüksək səviyyədə bilməlidir.
Vəzifə öhdəlikləri:
- Nümayəndəliyin fəaliyyət proqramını hazırlamaq
- Yerli gənclərin nümayəndəliyin fəaliyyətinə cəlb edilməsi məqsədi ilə tədbirlər və təlimlər təşkil etmək
- Komandanın fəaliyyətinə nəzarət etmək
- Təhlillər aparmaq və qərarlar qəbul etmək
- Fəaliyyət hesabatlarını təqdim etmək
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını May ayının 31-dək [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində seçdiyiniz vakansiyanın adını qeyd etməyiniz vacibdir.