Təchizat üzrə Mütəxəssis

  • Company
  • Elanın qoyulma tarixi: 20.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Şirkətin bütün təchizat üzrə sifarişlərinin təmin edilməsinə nəzarət etmək;
• Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
• Qiymət Sorğusu/Tenderin keçirilməsi üzrə müvafiq qanunvericiliyin və daxili qaydalara uyğun olaraq məhsul və xidmətlərin satınalınması üzrə qiymət sorğusu/tenderlərin elan olunmasını, prosesin idarəolunması, təkliflərin təhlil edilərək ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
• Müqavilələrin bağlanılması və müqavilə şərtlərinin icrasını nəzarətdə saxlamaq;
• Gömrük rəsmiləşdirilməsini həyata keçirmək (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün tələb olunan bütün sənədləri paketinin broker şirkətinə təqdim etmək);
• Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
• Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələb olunur :

• Ali təhsili olmalıdır;
• Aidiyyatı sahə üzrə 3 ildən 5 ilə qədər iş təcrübəsi olmalıdır;
• Microsoft Office proqramları, xüsusi ilə Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləməyi bacarmalıdır;
• Sürücülük vəsiqəsi mütləqdir.
• Azərbaycan, rus və ingilis dillərində sərbəst danışmaq və yazmaq qabiliyyəti;
• Güclü kommunikasiya və prezentasiya bacarıqları olmalıdır;
• Məsuliyyətli, diqqətli, idarəçilik, müstəqil qərar vermək və ünsiyyət qurmaq qabiliyyəti olmalıdır;.
• Kompüter biliyi: Microsoft Office (Word, Excel, Office, Outlook, PowerPoint,)

• Əmək haqqı müsahibə zamanı təyin olunacaqdır
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş vaxtı Həftədə 6 gün

Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.