Hüquqşünas

İşin təsviri

Bankımızın peşəkar komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

- Problemli kreditlərlə bağlı müraciətlərə baxılması və iddia ərizələrinin hazırlanaraq məhkəməyə göndərilməsini təmin etmək;
- Problemli kreditlərlə bağlı Bankın xeyrinə çıxarılan məhkəmə qərarlarının icra olunması üçün lazımi tədbirləri həyata keçirmək;
- Problemli kreditlərlə bağlı Bankın maraqlarına uyğun olmayan məhkəmə və icra şöbələrinin qərarları ilə bağlı vəsatətlər vermək, bu cür qərarlardan şikayət vermək;
- Problemli kreditlərlə bağlı qüvvəyə minmiş məhkəmə qərarların icrası ilə bağlı verilən tapşırıqları yerinə yetirmək;
- Tələbin borcluların gəlirlərinə və əmlaklarına yönəldilməsi üçün zəruri hüquqi addımların atılmasını təmin etmək;
- Problemli kreditlərlə bağlı keçirilən hərraclarda qanunvericiliyə müvafiq olaraq iştirak etmək və zəruri tədbirləri görmək.

Bizim üçün uyğun namizəd:

- Ali hüquqi təhsilli;
- Ofis proqramlarında sərbəst işləmək bacarığı olan;
- Azərbaycan dili yüksək səviyyədə, rus dili orta səviyyədə olan;
- İcra işləri və problemli kreditlərlə bağlı 1-3 ilədək hüquqşünas təcrübəsi olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Hüquqşünas” şəklində göstərilməsi xahiş edilir. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.