Əsas vəzifə və öhdəliklər:
• Tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması, bazarın təhlili, kommersiya təkliflərinin toplanması və müqayisəsinin aparılması
• Alışların aylıq analizləri, qruplaşdırılması və hesabat formasının hazırlanıb təqdim olunması
• Təchizatçı bazasının yaradılması ve təchizatçıların qiymətləndirilməsi
• Satınalma prosesi ilə əlaqədar yazışmaların və danışıqların aparılması,görüşlərin təşkili
• Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması
• Fəaliyyət sahəsində bütün sənədlərin düzgün tərtibi və onların saxlanılması
Namizədə olan tələblər:
• Ali təhsil (iqtisadi sahədə)
• Xarici dil biliyi: Rus dilində - əla danışıq və yazı yazmaq; eyni zamanda yaxşı səviyyədə ingilis dili bilikləri də olan namizədə üstünlük veriləcək
• MS Office proqramları üzrə yaxşı səviyyədə işləmək bacarığı
• Satınalma və təchizat sahəsində iş təcrübəsinin olması arzuolunandır
İş şəraiti:
• AR Əmək məcəlləsinə uyğun olaraq 6 günlük iş həftəsi (şənbə- yarım gün)
• Nahar şirkət tərəfindən təmin olunur
• Əmək haqqı: 600 AZN (net)
• Ünvan: Bakı şəh, N.Nərimanov ray., Z.Bünyadov pros.,122A
Uyğun namizədlər [email protected] adresinə şəkilli CV göndərə bilərlər. Yalnız tələblərə uyğun olan xanımlarla əlaqə saxlanılacaqdır.