İlkin Nəzarət şöbəsinin mütəxəssisi/baş mütəxəssisi

İşin təsviri

.Ümumi vəzifə öhdəlikləri:

• Əməliyyatların AR-nın Qanunvericiliyi, AR Mərkəzi Bankı və bankın daxili qaydalarının tələblərinə uyğunluğu üzrə rəylərin verilməsi;
• Əməliyyat sahəsi üzrə əməliyyatlara ilkin və sonrakı nəzarətin aparılması;
• Bankın ön ofisi və departamentlərinin şifahi və yazılı sorğularının cavablandırılması;
• Gündəlik və aylıq hesabatların hazırlanması;
• Yeni hesabatların sifarişi və test edilməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil (iqtisadi ali təhsil arzuolunandır);
• Dil bilikləri: Azərbaycan dili əla, İngilis və Rus dilləri yaxşı səviyyədə arzuolunandır;
• Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
• Minimum bir il bank təcrübəsinin olması (əməliyyat sahəsi üzrə) arzuolunandır;
• Bank fəaliyyətini tənzimləyən qanun və normativlər üzrə biliklərin olması;
• Analitik düşünmə qabiliyyəti;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
• Fikrini düzgün, dəqiq və dolğun şəkildə şifahi və yazılı ifadə etmək qabiliyyətinin olması;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 21 aprel 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində İlkin Nəzarət şöbəsinin mütəxəssisi/baş mütəxəssisi şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

site.company_rating