İxrac meneceri

  • Buta Agro
  • Elanın qoyulma tarixi: 05.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə:

- Yaxın xarici qonşu ölkələrlə biznes əlaqələrinin qurulması
- Məhsulların xarici bazarlarda satışının təşkil olunması
- Müəssisənin satış strategiyasına uyğun olaraq xarici bazarların araşdırılması və ixracatın artırılmasının təşkili
- Xarici ölkələrdə məhsulların satışının yüksəldilməsi və bu prosesin nəzarət altında saxlanılması
- Xarici ölkələrdəki satış imkanların öyrənilməsi
- Məhsulun ixracı ilə bağlı müqavilələrin hazırlanması və imzalanması
- Məhsulun ixracatı planlarının yerinə yetirilməsi
- Yükün xarici ölkələrə çatması barədə yazışmaların aparılması
- İxracat sənədlərinin vaxtında rəsmiləşdirilməsi
- Məhsulun istehlakçılara çatdırılması formalarının təkmilləşdirilməsi, nəqliyyat xərclərinin azaldılması, normadan
- Kənar hazır məhsul ehtiyatlarının aşağı salınması və satış əməliyyatlarının sürətləndirilməsi üzrə tədbirlərin hazırlanması və tətbiqi

Əsas məhsul : Pomidor

Namizədə tələblər:

- Ali təhsil
- Azərbaycan , rus və ingilis dillərini sərbəst bilməli
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
- Biznes danışıqları aparmaq və təqdimat bacarığı;
- Təmkinlilik, etibarlılıq, özünə inam
- Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı
- Ofis proqramlarında işləmə bacarığı olmalı
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrubəsi;

İş qrafiki : 6 günlük
Əmək haqqı: Yüksək
Yaş: 25-35
İş yeri:. Bakı şəhəri

Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini “İxrac meneceri” qeyd etməklə [email protected] e- mail ünvanına göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.