Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
• POS terminal sahəsi üzrə bazar analizi etmək;
• POS terminal şəbəkəsinin genişlənməsini təmin etmək;
• Rəhbərlik tərəfindən ekvayrinq biznesi ilə bağlı sorğuları icra etmək;
• Qoyulan satış hədəflərinin icrası;
• Hesabatların hazırlanması;
• Rəhbərlik tərəfindən verilən digər sorğuları icra etmək.
Bizim üçün uyğun namizəd:
• Ali təhsilli;
• Ünsiyyət bacarığı olan;
• Təqdimat bacarığı olan;
• Yaradıcı və innovativ;
• Satış bacarığı olan;
• Fərdi və komanda tərkibində işləməyi bacaran;
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Ekvayrinq biznesinə dəstək şöbəsinə Satış təmsilçisi” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.