Öhdəliklər
• Nostro və Loro müxbir hesabların açılması, aparılması və bağlanması prosesinin həyata keçirilməsi; daimi olaraq hesab üzrə sənədlərin yenilənməsinə nəzarəti həyata keçirmək;
• Bankda “Due Diligence” təşkili və aparılmasında iştirak etmək;
• Müxtəlif mənbələrdə (Bankers Almanac, SWIFT KYC Registry) bank məlumatlarının yenilənməsi;
• Müxbir banklar tərəfindən təklif olunan xidmətlərin tarifini, universallığını, əməliyyatların keyfiyyətini, etibarlılığını nəzərə alaraq beynəlxalq hesablaşmalar üçün müxbir bankların seçilməsi; bu banklarda kredit xətti limitlərinin təyin edilməsi barəsində təkliflərin verilməsi və danışıqların aparılması;
• Yerli və xarici maliyyə institutlarından, həmçinin daxili struktur bölmələrdən daxil olan sorğuların koordinasiyası və cavablandırılması, müvafiq sənədləşmə işinin aparılması;
• Rəhbərliyin göstərişi ilə həftəlik, aylıq əsasda hesabatların tərtib olunması.
Tələblər
• İqtisadiyyat, maliyyə və ya beynəlxalq münasibətlər sahəsində ali təhsil;
• Maliyyə İnstitutları ilə iş / Müxbir əlaqələr sahəsində minimum 1 il iş təcrübəsi;
• Səlis azərbaycan, rus və ingilis dili bilikləri;
• MS Word, MS Excel, Power Point, Outlook proqramları ilə işləmək bacarığı;
• Məsuliyyət, dəqiqlik və komandada işləmək bacarığı.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.