Biznes Kreditlərin Anderraytinqi şöbəsində Kiçik mütəxəssis

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 01.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Kredit Bürosundan, Elektron Hökümət portalından, Kredit məhsullarının satışı bölməsindən, müştəridən və s. alınmış məlumatın, açıq mənbələrdən və Bankın sərəncamında olan məlumatların təhlili və yoxlaması ilə kreditləşmə ilə bağlı risklərin müstəqil ekspertizasının aparılması.
- Kredit sifarişlərin anderraytinqi – Kredit bölmələrindən, müştəridən, Bankın sərəncamında olan və açıq mənbələrdən alınmış məlumatın təhlili və yoxlanılması ilə borc alanın maliyyə vəziyyəti haqqında əsaslı fikrin formalaşması, və Bankın daxili normativ sənədləri ilə verilmiş səlahiyyət səviyyəsinə müvafiq, müştərilərin kredit sifarişləri üzrə qərarların qəbul edilməsi.
- Tarixi sifarişlər üzrə Bankın gəlirliliyinin optimallaşdırmasını müəyyən etmək məqsədilə qəbul edilmiş qərarların təhlili.
- Korporativ biznes müştərilərin sifarişləri üzrə Mərkəzi kredit reyestri ilə (MKR) qarşılıqlı əlaqənin qurulması.
- Kredit risklərin məhdudlaşdırması məqsədilə kredit məhsulların reallaşdırmasının tətbiqinə və keyfiyyətinə nəzarət.
- Əməkdaşların və/və ya SN/bölmələrinin rəhbərlərinin işinin qiymətləndirilməsi məqsədilə Bankın kredit portfelinin analizin nəticələrinə dair məlumatın/hesabatın yığımı və təqdim edilməsi.
- Kredit portfelinin keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar kredit məhsulları şərtlərinin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin verilməsi.

Tələblər:

- Bankın dəyərlərinə uyğun işlərin təşkili;
- Ali təhsil;
- Xarici dil bilməsinə üstünlük verilir (Rus dili, İnglis dili);
- Aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Banklar və bank fəaliyyəti haqqında mövcud AR Qanunvericiliyini, AR MB filiallarının və kredit təşkilatlarının fəaliyyət məsələləri üzrə normativ sənədləri, əmək qanunvericiliyini bilməli;
- Bank sisteminin, strukturunu və bank işinin əsasları haqqında bilik;
- Kargüzarlığın əsaslarını və kredit təşkilatların fəaliyyətinin maliyyə sənədləşmə qaydalarını bilməli;
- Bank xidmətlərinin təqdimetmə texnologiyasının əsalarını bilməli;
- Biznes-planlaşdırmanın, marketinq araşdırmaların, statistik məlumatın alınma, emal və təhlil metodlarının və texnologiyasının əsaslarını bilməli;
- Danışıqların və işgüzar ünsiyyətin aparılması;
- Personal kompyuterdə işləmək bacarığı;
- İqtisadi xarakterli məlumatla analitik işləmək bacarığı;
- Analitik qabiliyyət və işgüzar fəallıq;
- Komandada işləmək bacarığı;
- Detallara diqqətli və məsuliyyətli yanaşma.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.

 

Siz elektron poçtun “mövzu” yerinə “Underwriter_Junior specilaist” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

 

site.company_rating