Marketinq Araşdırmaları üzrə Mütəxəssis

  • Avrora
  • Elanın qoyulma tarixi: 01.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri


İşin qısa təsviri :

Marketinq Araşdırmaları üzrə Mütəxəssis şirkətin marketinq fəaliyyətini araşdırır, əldə olunan məlumatları (datanı) analiz edir, onları müxtəlif alətlər vasitəsi ilə oxunabilən və təqdim ediləbilən hala gətirir və data əsasında qərarların qəbul edilməsinə yarayan təkliflər verir.

Sizin əsas vəzifə öhdəlikləriniz :

• Təyin edilmiş sahələrdə rəqabət/ sənayə/ market trendləri üzrə araşdırmalar aparır, müştərilər, rəqiblər və bazar haqqında məlumatlar toplayır;
• Araşdırmanın məqsədini təyin edir, əldə edilən nəticələrin analizini aparır və qərarların verilməsində nəticələrə əsasən təkliflər verir;
• Keyfiyyət və kəmiyyət araşdırmaları aparır və yeni inkişaf sahələrini aşkar edir.
• Məlumat (data) toplanması üçün metodları inkişaf etdirir və onları qiymətləndirir;
• Statistik proqramlardan istifadə edərək məlumatları analiz edir və onlar haqqında tam anlayışa yiyələnir;
• Marketinq və satış trendlərinin monitorinqini həyata keçirir və gələcək dövrlər üçün proqnozlar verir;
• Qrafiklər, dashboardlar və digər vizual görüntü alətləri vasitəsi ilə mürəkkəb datanı oxunaqlı formata gətirir;
• Qiymətlərin, marketinq və distribusiya metodlarının araşdırmasını aparır və marketinq planlarının hazırlanmasında iştirak edir;
• Bazar haqqında məlumatın keyfiyyəti və araşdırmanın faydalılığını təmin etmək üçün anket sorğularının tərtib edilməsində və datanın təşkil edilməsində texniki köməklik göstərir.

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :

• Kompüter bacarıqları: Yaxşı səviyyədə Excel və PowerPoint bacarıqları, PowerBI bacarıqlarının olması üstünlükdür;
• Səriştələri: Analitik düşünmə qabiliyyəti.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

• Təhsil: Ali təhsil;
• İş təcrübəsi: 3 – 5 il, FMCG sahəsində iş təcrübəsinin və biliklərinin olması üstünlükdür;
• Əlavə dil bilikləri: Rus dili – yaxşı, İngilis dili – yaxşı.

Bizim iş şərtləri :

• İş qrafiki : Tam iş günü (5 gün);
• İş saatları: 09:00-18:00;
• İş yeri : Bakı şəhəri;
• Nahar şirkət tərəfindən təmin olunur.

Biz nə təklif edirik :

• Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
• Təlim və inkişaf proqramlarının geniş çeşidi;
• Mükəmməl peşəkar komanda və mehriban mühit;
• Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Marketinq Araşdırmaları üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

site.company_rating