Risklərin idarə edilməsi şöbəsinin Aparıcı mütəxəssisi

İşin təsviri

Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan təhsil istiqaməti/ixtisası: İstənilən
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 1 il
Tələb olunan komputer bilikləri: MS Office - yaxşı;
MS Excell - orta.
Tələb olunan xarici dil bilikləri: İngilis dili – orta;
Rus dili – orta.

Vəzifə üzrə tələb olunan biliklər :

- Azərbaycan Respublikası və xarici ölkələrdə risklərin idarə edilməsi üzrə qabaqcıl təcrübəyə dair biliklər;
- Maliyyə risklərinin idarə edilməsinə dair biliklər; İqtisadiyyat və maliyyə sahəsi üzrə biliklər;
- Azərbaycan Respublikasının normativ hüquqi bazasına dair biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri: Ümumi fərdi keyfiyyət meyarları:

- Motivasiya;
- Komanda işi;
- Nəticəyönümlülük;
- Etibar yaratma;
- Məsuliyyətlilik.

Funksional fərdi keyfiyyət meyarları:

- Problem həlletmə;
- Analitik düşüncə;
- Təşəbbüskarlıq.

Digər tələb və üstünlük göstəriciləri:

- Risklərin idarə edilməsi sahəsi üzrə beynəlxalq sertifikatlar arzuolunandır (C31000, FRM);
- Son iki işlədiyi qurum rəhbərindən tövsiyə məktubu arzuolunandır;
- Magistr dərəcəsi arzuolunandır.

Vəzifə öhdəlikləri:

- Maliyyə risklərinin müəyyən edilməsi (o cümlədən, investisiya, kredit, inflyasiya, valyuta, faiz, qiymət, likvidlik riskləri və s) və onların idarə edilməsi üzrə nəzarət mexanizmlərinin yaradılması üçün təkliflərin verilməsi;
- İqtisadiyyatda və nəqliyyət sektorunda baş verə biləcək potensial dəyişikliklərin araşdırılması;
- Səlahiyyətli orqan tərəfindən müəyyən olunmuş xüsusi istiqamətlər üzrə alət və modellərin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
- Risk siyasəti çərçivəsində maliyyə alətləri üzrə risk limitlərinin müəyyənləşdirilməsi, limit pozuntuları olduqda qabaqlayıcı tədbirlərin həyata keçirilməsi;
- Maliyyə risklərinin monitorinq edilməsi və hesabatların hazırlanması; Maliyyə risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi;
- Risklərin idarə edilməsinin informasiya axını sisteminin qurulması; Risklərin idarə edilməsi sisteminin avtomatlaşdırılması ilə əlaqədar təkliflərin hazırlanması.

Son müraciət tarixi: 10.02.2021

Müraciət üçün link: https://career.ady.az/Vacation/Get/1154#vp