Bankımızın peşəkar komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
• Satınalmanın həyata keçirilməsi ilə bağlı olan tapşırıqların prosedurun tələblərinə uyğun olaraq həyata keçirilməsi;
• Tender və kotirovkaların həyata keçirilməsinin təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
• Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması , təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
• Aparılan əməliyyatların reyestrinin aparılması;
• Mal/xidmət alışı həyata keçirildikdən sonra işləri təhvil verən tədarükçünün qiymətləndirmə prosesinin həyata keçirilməsi.
Bizim üçün uyğun namizəd:
• Ali iqtisadi təhsilli (CİPS sertifikatının olması arzuolunandır);
• Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilən;
• Satınalma sahəsində ən az 4 il iş təcrübəsinə sahib;
• MS office proqramlarını əla səviyyədə bilən;
• İnduktiv və analitik təhlil bacarığına sahib;
• ERP(1C, SAP və ya digər) proqramlarında təcrübəyə malik olan; (AUTOCAD proqramında işləmək bacarığı üstünlükdür ) ;
• Problemləri həll etmə bacarığına malik;
• Layihələrin idarə olunması bacarığına sahib olan.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Satınalmalar departamentinə aparıcı/ baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.ibar.az