Əmlak Satışı şöbəsi üzrə Kiçik mütəxəssisi / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 15.12.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Siz elektron poçtun “mövzu” yerinə “Kreditlərin Bərpası_Satış_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Struktur: Kreditlərin Bərpası Departamenti / Əmlak Satışı şöbəsi
Vəzifə: Kiçik mütəxəssisi / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə müdiri

Vəzifə öhdəlikləri:

• Bankın balansında olan əmlakın satışının təşkili;
• Təqdimat materiallarının hazırlanması və İnternet meydançalarında (saytlarda) yerləşdirilməsi;
• Potensial müştərilərlə görüşlər və məsləhətləşmələr, müştərilərlə iş;
• Daşınmaz əmlak obyektlərinin müştərilərə nümayiş etdirilməsi;
• Sövdələşmələrin bütün mərhələlərində müştərilərin müşayiət olunması, müqavilələrin bağlanması.

Tələblər:

• Bankın dəyərlərinə uyğun davranış;
• Kiçik mütəxəssis və mütəxəssis vakansiyası üzrə bank sahəsində ən azı 1 il iş təcrübəsi, aparıcı və baş mütəxəssisi vakansiyası üzrə bank sahəsində ən azı 3 il iş təcrübəsi (əsasən əməliyyat şöbəsi);
• MS Office (Word, Excel, Power Point, MS Outlook) proqramlarını yaxşı səviyyədə bilmək;
• Güclü ünsiyyət və komandada işləmək bacarığı;
• Məsuliyyət və stresə davamlılıq;
• Diqqətlilik, gündəlik işi yerinə yetirmək bacarığı.
• Xarici dil (Rus və ya İngilis dili) bilənlərə üstünlük verilir.

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.

site.company_rating