Auditor

  • Unibank
  • Elanın qoyulma tarixi: 26.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Auditor

Tələblər:

• Ali təhsil (iqtisadiyyat, maliyyə-mühasibatlıq sahəsi üzrə təhsil və magistr təhsili arzu ediləndir);
• Azərbaycan Respublikasının Bankların fəaliyyətinə dair qanun və normativ sənədlərə dair biliklərə malik olması;
• Maliyyə üzrə biliklərin olması;
• Korporativ Bank xidmətləri istiqamətində əməliyyat sahəsi üzrə biliklərə malik olmalı;
• Azərbaycan dilini sərbəst bilməli (rus və ingilis dili arzu olunandır);
• Bilik və bacarıqlarını daim artırmağa hazır olmalı ;
• Ofis proqramları ilə sərbəst işləmək bacarığı;
• Ünsiyyətcil, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;
• Stressə davamlılıq;
• 3-4 həftəlik ezamiyyələrdə iştirak etmək mümkünlüyü.

Öhdəliklər:

 İllik audit planına və plandankənar  qaydada bankın struktur bölmələrinin işlərinin yoxlanılması;
 Yoxlama proseslərinin Azərbaycan Respublikasının qanunvercilik aktlarının, həmçinin Bankın daxili prosedurlarına uyğun aparılması;
 Bankın əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, təlimatların və standartların tələblərinin pozulması hallarını tədqiq etmək və uyğunsuzluqları aşkarlamaq;
 Audit yoxlanması zamanı aşkar edilmiş risklər barədə bankın digər bölmələrini məlumatlandırmaq və müvafiq tövsiyələr vermək;
 Yekun audit hesabatlarının hazırlanması və rəhbərliyə tədqim edilməsi;
 Rəhbərlər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilər (vəzifənin adını email-ın mövzu hissəsində (Auditor) göstərməyiniz xahiş olunur) və ya https://unibank.az/az/hrsnew/vacanciesHrm/232linkinə keçid edib vakansiyaya müraciət edə bilər.

site.company_rating