Əlavə məlumat
- İş yeri – Qala-Türkan qəsəbəsi
- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
- Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə
Vakansiya – Təmir-tikinti üzrə iş icraçısı (İnşaat mühəndisi)
Vəzifə öhdəlikləri
- Təmir, tikinti, texniki xidmətlə bağlı tapşırılan işlərin vaxtında, keyfiyyətli və təhlükəsiz şəkildə həll olunmasını təmin edir və nəzarət edir.
- Alınan iş tapşırıqlarını təhlil edir, problemin həll yolunun ardıcıllığını düzgün müəyyən edir və iççilərinə görəcəyi işlər barəsində ətraflı məlumat verir.
- Təmir və tikinti işləri üçün lazım olan materialları müəyyənləşdirir və sifariş edir.
- Tabeliyində olan işçilərə rəhbərlik edir, iş tapşırıqlarını düzgün izah edir və gördükləri işə nəzarət edir.
- Tabeçiliyində olan işçiləri lazım olan material, alət və ehtiyat hissələri ilə təmin edir.
- Tabeçiliyində olan işçilərin iş fəaliyyəti üçün şirkət tərəfindən təmin edilmiş ləvazimat, texnika, nəqliyyat və digər vasitələri qorumaq və istismar qaydalarına riayət edir.
- Tabeçiliyində olan işçilərə əmək mühafizə qaydaları haqqında təlimatlar verir və işçilərə bu qaydalara riayət edymələrini tələb edir.
- Tikinti üçün lazım olan materialların siyahısını müəyyən edir, sifariş edir və istifadə edilmiş materialların aktlar və müvafiq sənədlər əsasında silinməsini aparır.
Tələblər:
• Təhsil : Təhsil - Ali (İnşaat mühəndisliyi )
• Təcrübə: Əlaqədar sahədə minimum 3 -5 il
• Dil bilikləri: Azərbaycan Dili ana dili ,İngilis dili yaxşı səviyyədə
• İT üzrə biliklər: Autocad, Ms. Office, Excell əla səviyyədə
Texniki Bacarıqlar:
• Binalar, obyektlər və konstruksiyalar tikmək üçün tələb olunan materiallar, metodlar və müvafiq alətlər barədə biliklər
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları
• Texniki planların, eskizlərin, sxemlərin və modellərin hazırlanması və istifadəsi prosesinə cəlb olunan dizayn texnikası, prinsiplər, alətlər və qurğular barədə biliklər
Səriştəlik:
• Məsuliyyətlilik, disiplinlilik, təşkilati bacarıq
• Problem həll etmə və əməkdaşlıq bacarıqları
• Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
• Prinsip və Dəyərlərə sadiqlik
• Prosedur və qaydalara riayət etmək
• Operativlik və İcra etmək bacarığı
• Detallara fikir vermə
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “İş icraçısı” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.