Kredit İnzibatçılığı Şöbəsinin Mütəxəssisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 11.10.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kredit Anderraytinqi Departamentinin Kredit İnzibatçılığı Şöbəsinin Mütəxəssisi

Ümumi məlumat

Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin Kredit İnzibatçılığı Şöbəsinin Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Müsbət rəy verilmiş kredit sənədlərini hazırlamaq;
• Kredit məlumatlarını bank əməliyyatları sistemində əks etdirmək;
• Kredit dosyelərini yoxlamaq, kredit müqavilələrini hazırlamaq;
• Kredit sənədləri toplusunun dövriyyəsinə nəzarət etmək;
• Vəzifə funksiyalarından irəli gələn digər öhdəlikləri yerinə yetirmək.

Tələblər

• Ali iqtisadi təhsil;
• Bank sahəsi üzrə iş təcrübəsi;
• MS Word və MS Excel proqramları ilə işləmə bacarığı;
• Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik, təzyiqə davamlılıq;
• Komanda tərkibində və rəhbərlik altında işləmə qabiliyyəti.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

site.company_rating