Vəzifə: İnsan resursları üzrə menecer
- Kadr bazasının yaradılması, işçilər barədə hesabatların tərtib edilməsi, işçi axını və səbəblərinin müəyyənləşdirilməsi, axının aradan qaldırılması üçün tədbirlər hazırlamaq və həyata keçirtmək;
- İşçilərin işə götürülməsi, əmək müqaviləsinə xitam verilməsi, işçilərin portlada qeydiyyatının aparılması və xitam edilməsi.
- Məzuniyyətlərin və son haqq-hesabın hesablanması.
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması,
- Elektron Hökumət Portalına daxil edilməsi, sosial sığorta şəhadətnamələrinin sifariş olunması;
- İşçilərin şəxsi işlərinin məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
- Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi, işçilərin davamiyyət uçotunun aparılması;
- Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
- Kadr bazasının yaradılması, işçilər barədə hesabatların tərtib edilməsi;
- Sosial müavinətlərin hesablanması;
- İşçilərin icbari sığortasının həyata keçirilməsi;
- İnsan resursları departamentinə aid hesabatların tərtib edilməsi və rəhbərliyə və ya şöbələrə təqdim edilməsi.
- Birbaşa rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə aid tələblər:
- Bəy namizəd
- Ali təhsil (Hüquq, iqtisadiyyat və vakansiyaya uyğun olan hər hansı bir bakalavr dərəcəsi)
- İş təcrübəsi: insan resursları sahəsində ən azı 3- 5 il iş təcrübəsi olmalı.
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli; - Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
- İnsan resurslarının idarə olunması, funksiyaları, prosedurları haqqında mükəmməl biliyə malik olmalı;
- Azərbaycan dilini yüksək səviyyədə bilməli, rus dili arzuolunandır.
- MS Office proqramlarını, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə bilməli;
İş şəraiti:
• 6 günlük iş həftəsi
• İş vaxtı: 08:30 - 17:30, şənbə yarım gün
• Korporativ nömrə
• Əmək haqqı- 1000-1200 azn
QEYD: İşə qəbul proseduruna uyğun olaraq vakansiya üzrə namizəd seçimi testləşdirmə və bir neçə mərhələdən ibarət olmaqla müsahibə əsasında həyata keçirilir.
Maraqlanan namizədlər mövzu yerində “HR” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.