Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Müştəri məsləhətçisi – Ofis menecer (Bakı və Sumqayıt filialları üzrə) vakansiyalarını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Müştəri məsləhətçisi” qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.
Vəzifə öhdəlikləri:
• Banka daxil olan müştərilərin qarşılanması və müvafiq şöbələr üzrə yönləndirilməsi
• Bank məhsulları haqqında müştəriləri dolğun məlumatlandırmaq
• Müştəriləri ATM, Pos terminal və bənzəri bank avadanlıqlarının istifadəsi qaydaları barədə maarifləndirmək
• Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönəltmək
Tələblər:
• Ali təhsil
• Azərbaycan və rus dillərini səlis bilməlidir, ingilis dili arzuolunandır
• Word və Excel proqramlarından istifadə bacarığı
• Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik
• Komanda ilə işləmək bacarığı
• Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı
• İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı
Biz Sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki.