Şirkət: Şirniyyat mağazalar şəbəkəsi
Vakansiya: Şirniyyat mağazalar şəbəkəsinin Müdiri
Vəzifə öhdəlikləri:
• Şəbəkə infrastrukturunun administrasiyası
• Mağazalar şəbəkəsinin idarə edilməsi
• Yeni açılacaq mağazanın strukturunu, sistemini sıfırdan qura bilməli
• Standartlara uyğun mağazanın qurulmasına təmin edilməsi
• Mağazalar şəbəkəsinin gəlir xərclərinə nəzarət edilməsi
• Mağazalar şəbəkəsinin gündəlik iş proseslərinə və mağazanın ümumi fəaliyyətinə tam nəzarətini həyata keçirmək
• Mağazalar şəbəkəsində effektiv satış idarəetmə sistemini qurmaq
• Rəhbərlik tərəfindən qoyulan hədəfləri, satış planını yerinə yetirmək və bu hədəflərə çatmaq üçün təkliflər vermək
• Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və işçi heyəti tərəfindən təmin edilməsinə nəzarət etmək
• İşçi heyətinin fəaliyyətini təşkil etmək, istiqamətləndirmək, motivasiya etmək, komanda ruhunu qorumaq
• Aksiya və kampaniyaların icrasını təmin etmək məqsədi ilə bağlı heyəti məlumatlandırmaq
• Mağazalar şəbəkəsinin fəaliyyətini itki və xərclərin azaldılması hesabına optimallaşdırmaq
• Müştərilərə yüksək keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək
• İşçi heyətinin öz vəzifə təlimatlarını və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək
• Gündəlik və aylıq satış hesabatlarını rəhbərliyə təqdim etmək
Təhsil:
• Ali təhsil
• İş təcrübəsi:
• Mağazanın idarə edilməsi və ya satış sahəsində minimum 3 il
Biliklər:
• MS Office ( Word, Excell, PowerPoint proqramlarını yaxşı bilmək
• Effektiv satış prinsiplərini bilmək;
• Azərbaycan və Rus dilllərini yüksək səviyyədə bilmək
• Xüsusi bacarıqlar:
• Komandanın idarə edilməsi
• Problem həlletmə
• Konfliktləri həll etmə
• İşçiləri inkişaf etdirmə
Maraqlananlardan xahiş olunur öz CV lərinizi [email protected] email ünvanına göndərəsiniz.
Göndərilən CV-lərdə mövzu adı yerində “ Şirniyyat mağazalar şəbəkəsinə Mağaza müdiri ” yazılmalıdır.