Vəzifə öhdəlikləri:
• Marketlər şəbəkəsinin idarə olunması;
• Yeni açılacaq marketlərin biznes planının hazırlanması;
• Yeni marketlərin açılması işinə nəzarətin həyata keçirilməsi;
• Gündəlik tələbat məhsullarını təchiz edən şirkətlərlə danışıqların aparılması və müqavilələrin bağlanması işinə nəzarət;
• Mövcud marketlərinin faəliyyətinə nəzarətin həyata keçirilməsi;
• Bazar araşdırmalarının aparılması;
• Rəhbərliyə marketlərin fəaliyyətinə dair müvafiq hesabatların verilməsi;
Tələblər:
• İş təcrübəsi 3 il (Marketlərin idarə olunması sahəsində);
• Yaş 25 – 40;
• Ali təhsil;
• Pərakəndə sektorunda ən az 5 il iş təcrübəsi olmalı;
• Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı;
• Satış texnikası və prinsiplərini bilmək;
• Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək;
• İşgüzar davranış etikası;
• Xoşgörünüşlü;
• Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik;
• Karyerasını satış sahəsində qurmaq istəyi;
• Azərbaycan Dili (əla), Rus dili (arzuolunan);
• Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) 1C proqramı.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Marketlər üzrə bölgə müdiri (FMCG-Marketlər üzrə))” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son tarix: 30.09.2020