Şirkət : Modenis MMC / eManat.
Vəzifə adı: Müştərilərə xidmət şöbəsi, təlimçi
Vəzifə öhdəlikləri:
• Yeni işçilərin hazırlanması, attestasiyası və iş prosessinə cəlb olunması
• Zəng Mərkəzi əməkdaşlarının danışıqlarının təhlili, nöqsanların müəyyən olunması, əlavə təlimlərin keçirilməsi
• Operatorların səs yazılarının dinlənməsi nəticəsində bilik və bacarıqların korreksiyası
• Keçirilən təlim sonrası işçilərin bilikləri mənimsəməsinə nəzarət, qiymətləndirmə
• Tədris planının hazırlanması
• Yeni xidmətlər və mövcüd xidmətlər üzrə yenilənən məlumatlar əsasında biznes təlimlərin həftəlik keçirilməsi
• Hər xidmət üzrə danışıq skriptlərinin hazırlanması, ehtimal oluna biləcək hər türlü danışıq qedişatını nəzərə alaraq skriptlərin tamamlanması
• Statistikanın təhlili, təlim ehtiyyacının müəyyən olunması
Vakant vəzifə üzrə tələblər:
• Təcrübə: ən az 1 il təlimlərin keçirilməi sahəsində təcrübə
• Ali təhsil – menecment və ya biznes-trener, satış təlimçisi də ola bilər
• Qrammatik cəhətdən düzgün nitq, auditoriyaya hakim olmaq, idaretmə bacarıqları
• Tədris - metodik materialların və proqramların hazırlanması üzrə təcrübə,
• Fəal olmaq, nikbin olmaq, yüksək öyrənmə və öyrətmə qabilyyəti, stresədavamlılıq
• İstifadəçi səviyyəsində PC bilikləri
• iki əsas dil biliyi – azərbaycan və rus dili – səlis , ingilis dili arzuolunandır
İş şəraiti:
• Ofis daxili;
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar yeməyinin verilməsi;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
• Dəyişkən əməkhaqqı sisteminin tətbiq edilməsi (aylıq bonuslar).
Maraqlananlardan xahiş olunur öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “MXŞ – təlimçi” yazılmalıdır.