“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN”, multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir. 2018-ci ildə DƏBDƏBƏ multi-brend geyim mağazası alıcıların istifadəsini verilmişdir. Adıçəkilən geyim maöazaları İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin brend geyimlərinin Azərbaycanda satışı ilə məşğuldur. Şirkətimiz İngiltərənin M&CO brendinin Azərbaycanda və Qafqazda yeganə frençayzinq partnyorudur. M&Co mağazası Optimalın Nizami (Tarqovıy) filialının ikinci mərtəbəsində yerləşir. Əlavə məlumat üçün www.mandco.az və www.optimal.az linkinə tıklaya bilərsiniz.
"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.
Niyə məhz Optimal?
- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq.
Vakansiya: Mağaza müdiri (Elektronika) (Məhəmmədi kəndi)
Tələblər:
• Elektronika mağazanın idarə edilməsi sahəsində azı 2 il iş təcrübəsi;
• Komandanın idarə edilməsi təcrübəsi;
• Satış sahəsinə dair nəzəri və praktik biliklər;
• Satışın Planlanması və Planın icrasına dair təcrübə;
• Azərbaycan və rus dillərini mükəmməl bilməli, ingilis dilini bilənlərə üstünlük verilir.
Vəzifələri:
• Mağazanın daxilində pozitiv komanda ruhunun yaradılması;
• Satışın effektiv həyata keçirilməsinə nəzarət;
• Mağaza işçilərinin davamiyyətinin izlənilməsi;
• İşçilərə iş yerində təlimlərin keçirilməsi;
• Şirkətin müvafiq departamentlərinə hesabatların verilməsi;
• Mağazanın işçi heyətinin effektiv idarə edilməsi;
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mağaza müdiri (Elektronika) (Məhəmmədi kəndi)” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son tarix: 21.09.2020