Vəzifə : Direktor assistenti
Əmək haqqı : Müsahibə əsasında təyin ediləcək
İş yeri : Şıx qəsəbəsi, Salyan şossesi 12, Grand park II
Namizədə tələblər:
• Ali təhsil
• Direktor assistenti kimi minimum 1 il iş təcrübəsi
• Xanım namizəd
• Kompyuter bilikləri: Word, Excel, Outlook
• Xarici dil bilikləri: Rus və İngilis dili
İş öhdəlikləri:
• Daxil olan zənglərin cavablandırılması və yönləndirilməsi;
• Qonaqların qarşılanması;
• Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında şirkətdaxili, ölkədaxili və beynəlxalq yazışmaların aparılması;
• Cəmiyyət direktorunun iş qrafikinə uyğun iş planının hazırlanması (görüşlər, zənglər, qəbullar və s.);
• Cəmiyyət direktorunun texniki fəaliyyətinin təchiz edilməsi (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlərin təşkili və s.)
• Hesabatların hazırlanması;
• İclasların təşkil edilməsi;
• İclas protokollarının tərtib edilməsi;
• Cəmiyyət direktorunun gündəliyinin tutulması;
• Cəmiyyət direktorunun bütün tapşırıqlarının yerinə yetirməsi;
İş qrafiki:
• 5 günlük iş norması
• Nahar şirkət tərəfindən verilir.
• İş yerinə çatdırılma üçün servis mövcuddur.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini [email protected] elektron ünvanına (“direktor assistenti” başlığı ilə) göndərməyini xahiş edirik.