"METAK" şirkəti həmçinin Balaxanı və Neftçala Sənaye parklarının, Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.
Bütün uğurlarımıza əməksevər, peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik. 850-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!
Sex rəisi (Beton dirəklər istehsalı sexi)
Vəzifə öhdəlikləri:
• Beton dirəklər istehsalı sexinin istehsalat prosesinə rəhbərlik etmək;
• İstehsala aid tapşırıqları vermək, onların vaxtında və keyfiyyətlə yerinə yetirilməsini, məhsulun ahəngdar istehsalını təmin etmək;
• İstehsalın təşkilinin təkmilləşməsi, onun texnologiyası, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, zay məhsul buraxılmasının qarşısının alınması, bütün ehtiyyatlardan qənaətlə istifadə olunması, istehsal olunan məhsulların müvafiq standartların tələblərinə uyğun olunmasına nəzarət etmək;
• Beton məhsulların istehsalı zamanı texnoloji prosesin tələblərinin qorunmasına nəzarət etmək;
• İstehsal prosesində istifadə olunan texnika və avadanlıqların saz vəziyyətdə olmasını təmin etmək, bunun üçün lazım gələn ehtiyyat hissələrinin vaxtında sifariş olunaraq alınması və planlı şəkildə təmirini təşkil etmək;
• Aylıq istehsal üzrə hesabatların verilməsini təmin etmək;
• İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
Namizədə tələblər:
• Ali Texniki Təhsil (Mühəndis ixtisaslı);
• Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi (beton və dəmirbeton məmulatları və konstruksiyaları sahəsi üzrə iş təcrübəsi);
• Yaxşı idarəetmə və ünsiyyət bacarıqları ;
• Problemləri həll etmək və təkliflər vermək bacarıqları.
Əlavə şərtlər:
• İş yeri – Qusar rayonu.
• Əmək haqqı – danışıq əsasında;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.
Müraciət etmə qaydaları:
Maraqlananlar CV-lərini https://www.metak.az/resume/resume.php?vid=154 və ya [email protected] ünvanına göndərərək, mövzu sətrində “Sex rəisi” qeyd etməklə, 27.05.2020–ci il tarixinə kimi müraciət edə bilərlər.