Satış üzrə Mütəxəssis

İşin təsviri

Vakansiya: SATIŞ ÜZRƏ MÜTƏXƏSSİS

Logistik şirkət.

Ünvan: Bakı şəhəri

Müraciət üçün son tarix: 22 May 2020-ci il

Zəhmət olmasa, CV göndərən zaman vəzifənin adını (SATIŞ ÜZRƏ MÜTƏXƏSSİS ) emailda MÖVZU (SUBJECT) bölməsində qeyd edərək [email protected] göndərin.

VƏZİFƏLƏRİ:

 Müştərilər tərəfindən verilən və Cəmiyyətin daxili proqram təminatı üzərindən daxil olmuş sifarişlərin operativ şəkildə icrasını təmin etmək;
 Şirkətə aid olan konteynerlərin hərəkətinin izlənilməsi, lazımi hesabatların tərtibi və müvafiq şöbələrə məlumatın ötürülməsi;
 Daşıma marşrutuna uyğun razılaşdırma, ödəmənin təsdiqinə dair teleqramlarının, vaqon ayrılması, mühafizə hesabı və digər müvafiq sənədləri hazırlamaq;
 Gün ərzində müştərilərdən gələn konteyner yükləmə sənədlərini emal etmək, proqrama işlənməsi və gündəlik hesabata salmaq;
 Konteyner daşımaları zamanı sərhəddə gömrüklə əlaqəli sənədləşmədə problemlər yarandıqda həllinə vasitəçi olmaq;
 Sərhəd keçid stansiyalarından keçən bütün yüklərin, idxal, ixrac, tranzit, dəhliz rejimində keçən konteynerlərin məlumatlarının düzgünlüyünü yoxlamaq;
 Sərhəd keçidləri haqqında məlumat toplamaq və onları müvafiq işçilərə göndərmək.

TƏLƏBLƏR:

 Təhsil dərəcəsi: İqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq sahələri üzrə bakalavr dərəcəsi
 Satış, marketinq, biznesin təşkili və idarəedilməsi üzrə biliklər
 Təcrübə: Sahə üzrə ən az 2 il,
 Komanda ilə işləmək və ünsiyyət bacarığı
 Punktual
 Analitik düşüncə
 Təqdimat bacarığı
 Rus dili, ingilis dili əla səviyyədə
 Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.)