Təchizat üzrə böyük mütəxəssis

İşin təsviri

Vəzifə: Təchizat üzrə böyük mütəxəssis
Şöbə: Təchizat
Şirkət: Dalga Beach Aquapark
Ünvan: Azərbaycan, Bakı ş, Sahil küç 55 C

Namizədə olan tələblər

• Ali təhsil;( İqtisadiyyat, Maliyyə və ya müvafiq sahə üzrə)
• Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi; (“HORECA” təcrübəsi üstünlükdür)
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq qabiliyyəti;
• MS Office (Word, Excel, Power point), 1C Enterprise
• Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması təcrübəsi;
• Danışıqların aparılması bacarığı
• Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları
• Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
• Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
• Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq;
• İşgüzar və məsuliyyətli

İşin təsviri

• Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün ən rəqabətə davamlı qiymətləri əldə etməklə, istirahət mərkəzinin xərclərinin minimuma endirilməsini təmin etmək.
• Təchizat üzrə menecerin və menecer assistenti və ya tələb olunarsa Direktorun verdiyi təlimatlara uyğun iş icra etmək
• Tender prosesinin təşkili və idarə edilməsi, müvafiq şöbələrdən əldə edilən məlumatlara əsasən tender sənədlərinin hazırlanması, tender sənədlərinin tədarükçülərə çatdırılması, təkliflərin alınması və cavablandırılması;
• Təchizat şöbəsinin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər tövsiyə etmək.
• Yüksək keyfiyyətli məhsulları ən uyğun qiymətə əldə etmək üçün idarəetmənin bütün üzvləri ilə birbaşa əməkdaşlıq etmək.
• Maddi qənaət əldə etmək üçün müqavilə, kəmiyyət endirimi və qiymət öncəsi satınalma artımı vasitəsilə satınalma konsepsiyaları təklif etmək və həyata keçirmək.
• Qeyri-ərzaq mallarının alınmasına rəqabətli sifarişlər də daxil olmaqla effektiv sifariş sistmei vasitəsilə nəzarət etmək.
• Fəaliyyət avadanlıqların və təchizat üzrə illik tələblərin koordinasiyası
• Tələb olunan hər hansı layihələrlə bağlı satınalmaları koordinasiya etmək.
• Fəaliyyət avadanlıqları və təchizat ilə əlaqəli bütün aylıq və rüblük inventarizasiyalarda iştirak etmək.
• İstirahət mərkəzində baş verən və ya verə biləcək hər hansı təcili və ya təhlükəsiz vəziyyətə düzgün reaksiya vermək.
• Məhsulun qiymətləndirilməsi, rotasiyası, inventarizasiya səviyyələri, həmçinin, anbar sahəsinin sanitariyasını təmin etməklə prosedur təlimatlarında göstərilənlərə uyğun olaraq qəbul, sənədləşdirmə, saxlama və paylama proseslərinə nəzarət etmək.
• Bütün anbar sahələrinin təhlükəsiz, təmiz və müvafiq şəkildə saxlanılmasını təmin etmək
• Əməkdaşların iş cədvəlini hazırlamaq və həyata keçirmək.

İş şərtləri

• iş rejimi - həftədə 6 günlükdür
• iş saatları - 09.00-17.00 (Şənbə qısa iş günü )
• 1 saatlıq nahar fasiləsi

Tələblərə uyğun namizədlərdən mövzu yerində “Təchizat üzrə böyük mütəxəssis” qeyd edərək CVlərini [email protected] elektron ünvanına 10 May 2020-ci il tarixinədək göndərmələri xahiş olunur.
Əks təqdirdə, müraciətə baxılmaya bilər.