Maliyyə hesabatları üzrə mütəxəssis
İşin təsviri:
• Maliyyə hesabatlarının, onlara dair qeydlərin vaxtında və düzgün hazırlanması;
• Maliyyə hesabatlarının təhlilinin aparılması, zəruri uyğunlaşma və yeniliklərinin tətbiqi, onların ümumi normalara uyğunluqlarının yoxlanılması və mövcud uyğunsuzluqların aradan qaldırılması;
• Aylıq rəhbərlik hesabatların hazırlanması və təhlillərin aparılması, müxtəlif maliyyə təhlillərin aparılması;
• Hesabatlılıqların və təhlillərin təkmilləşdirilməsi.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
• Maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
• Müvafiq sahədə 5 ildən az olmayaraq iş təcrübəsi;
• Güclü analitik bacarıqlar;
• Azərbaycan dilini mükəmməl bilmək (rus və ingilis dili biliyi əlavə üstünlükdür);
• Kompüter bilikləri (1C 8.3 versiyası);
• Komandada işləmə bacarığı.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV-ni [email protected] elektron ünvana təqdim edə bilərlər.