Satıcı

  • Zeta Group
  • Elanın qoyulma tarixi: 18.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Satıcı – Zeta Group

Zeta Group yeni açılacaq – “Parfois” və “Entertainer” mağazası üçün Satıcılar axtarışındadır. Əmək haqqı 400/500 AZN+(bonus) nəzərdə tutulmuşdur. Həftədə 6 gün iş, bir gün istirahət və Azərbaycan Respublikasının ƏM əsasən sənədləşmə.

Ümumi vəzifə öhdəlikləri:

• Mağazanın daxilində pozitiv komanda ruhunun qorunub saxlanılması;
• Satışın effektiv həyata keçirilməsi;
• Hər zaman qonaqlara eksklüziv, səmimi, nəzakətli və peşəkar xidmətlər təqdim edilməsi;
• Qonaqlara müəssisənin xidmətləri barədə məlumat verilməsi;
• Xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək, habelə şəxsi qulluq standartlarına riayət edilməsi;

Bilik və Bacarıqlar:

• Analoji vəzifələrdə müvafiq təcrübə arzuolunandır
• Kompüter bilikləri;
• Azərbaycan və rus dillərini mükəmməl bilməli, ingilis dilini bilənlərə üstünlük verilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Satıcı” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

site.company_rating