Elektronika mühəndisi

İşin təsviri

Elektronika mühəndisi

Tələblər:

• Ali və ya orta təhsil (Mexanika, elektronika-avtomatika sahəsində arzu olunandır)
• Elektronika sahəsində ən azı 3 il iş təcrübəsi
• Elektron qurğu və avadanlıqlar üzrə təmir cihazları ilə işləmə bacarığı
• Təmir xidmətinin təşkili və həyata keçirilməsi qaydaları üzrə biliklər
• Elektron qurğuların təhlükəsiz xidmətinin icra edilməsinə nəzarət üzrə təcrübə

VƏZİFƏ ÖHDƏLİKLƏRİ :

• Respublika ərazisində olan mərkəzi rayon xəstəxanalarinda və diagnostika mərkəzlərində olan hemodializ aparatların təmiri və servisi
• Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi
• Hərəkət ötürücü hissələrin sökülüb- yığılmasi və təmiri
• İstifadəçilərə texniki məsləhətləri
• Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi [email protected] elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

site.company_rating

Zeytun Pharmaceuticals tərəfindən digər vakansiyalar